
Saxta gülümsəmələrinizi saxlayın! Onlar yalnız özünüzü aldatmağa yarayar.Yalan doğmalığınızı da gizlədin! Onlar məni aldadammaz.Yad insanlardan uzaq dur, onlar sənin ruhunu parçalar demişdi anam. Bağışla ana, düşündüm yadlar bir gün ruha doğma olar. Yanıldım dəfələrcə… Sonra baxdım ətrafıma hərkəs yaddı. Güzgüdəki əksimin dost olacağını düşündüm amma o da mənə əks oldu. Hara gedim, ana? Sınıq qapılardan səs gəlmir.Möhkəm darvazaları isə quduz itlər qoruyur…
“yolçu qəlbim yollar ortasında istiqamətsiz..”
09.07.2010
Bu yazının geri izlemesini yapmak için URI: http://zibilxana.wordpress.com/2010/07/15/09-07-2010/trackback/