TƏK ADAM (Zeynəb Münzəvi)

TƏK ADAM

 

Soyuq və qaranlıq havada tək, küçələr ilə yol getmək, üşüyə-üşüyə.. Düşüncələrə dalmaq. Evlərin pəncərəsindən çölə saçılan işıq. Evlərdən gələn uşaq səsləri, isti abu hava. Sən soyuqdanmı titrəyərsən yoxsa yalnızlıqdanmı anlamayacaqsan. Dərindən nəfəs al, soyuğu qəlbində hiss et. Ətir… Bacalardan çıxan tüstü ətri… Sən təksən… Nə isti yuvan var, nə də işıqlı pəncərən.

Gedəcəksən yaşadığın mənzilə… Soyuq… Əynindəki pencəyi beləsoyunmayacaqsan soyuqdan. Sən evə gələrkən səni qarşılayacaq bir kimsən belə olmayacaq. Peçi qalayacaqsan, dünəndən qalan yeməyi qızdırmadan yeyəcəksən. Musiqinin  səsini qaldıracaqsan. Küçədə gələrkən gördüyün işıqlı pəncərələr düşəcək yadına. İsti otağında tir-tir əsəcəksən. Ruhunun üşüdüyünü anlamayacaqsan. İsti bir qəhvə içəcəksən isinməkçün. Başını balınca qoyub düşünəcəksən. Üstüaçıq nə vaxt yatdığını belə bilməyəcəksən.

Səhər durub işə tələsəcəksən. Sonra iş bitdikdə eyni şeylər  təkrarlanacaq…

Yol…

İşıqlı pəncərələr…

Ev…

Soyuq…

İsti qəhvə…

Düşüncələr…

VƏ TƏKLİK….

 

Zeynəb Münzəvi

(06.10.2011)

 

Gəzər küçələri, gəzər tinləri,

Səhərdən axşama təkdi bu adam.

Fil çəkə bilməzdi o çəkənləri,

İlahi, gör nələr çəkdi bu adam!..

 

Ürəyi sızladı dost yarasından,

Xəbəri olmadı öz yarasından,

Uçulan evinin xarabasından

Özgəyə təzə ev tikdi bu adam.

 

Bu gün o adamı gördüm güzgüdə;

Yox-yox, mən deyiləm,yox-yox, özgədi!..

İlahi, gör məni necə gizlədib,

Elə güzgüdə də təkdi bu adam…

 

 

Ramiz Rövşən

Yayınlandı: on Ekim 7, 2011 at 1:48 pm  Yorumlar (2)  

Bu yazının geri izlemesini yapmak için URI: http://zibilxana.wordpress.com/2011/10/07/t%c9%99k-adam-zeyn%c9%99b-munz%c9%99vi/trackback/

Bu yazıya yapılan yorumlar için RSS beslemeleri.

2 YorumYorum yapın

  1. bir sozle ela,amma bilmek istiyirem bu senin dusuncelerindi ya hiss etdiklerin?

  2. Bu yazı daha çox hiss etdiklərim idi…


Yorum yapın

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Değiştir )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Değiştir )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Değiştir )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.