Siqaret çəkmək istəyirəm
Bu dəfə tüstünü havaya uçurmayacam
Çəkəcəm sinəyə
O da yanıb kül olsun deyə.
Siqaret kötüyünün ucunda közərən közə baxıb
Cəhənnəmi görməyə çalışacam
Bu dəfə kiçik siqaret çəkəcəm
Dünya sığacaq içinə öz dərdləriylə
Heç kəs hiss etməsin deyə
Köynəyi atacam sərgiyə.
Bu gün siqaret çəkdim mən yenə
Bitməsinə göz yaşı tökdüm deyəsən…
(Zeynəb Münzəvi)
(tarix yadımda deyil, dəftərə baxam gərək)

siqaret tustuledikce derdin serin tustu olub goylere sovruldumu?